Təhsil şöbəsinin keçmiş binasında hərbi sursat tapıldı

tehsil-sobesinin-kecmis-binasinda-herbi-sursat-tapildi
Oxunma sayı: 1303

Daşkəsən rayonu ərazisində Təhsil şöbəsinə məxsus keçmiş binanın zirzəmisində  müxtəlif növ silah-sursat aşkarlanıb. 

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Qafqazinfo”ya verilən məlumata görə, agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Daşkəsən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə əraziyə baxış keçirilib. 

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən içərisində heç bir partlayıcı maddə olmayan, təlim məqsədli 2 ədəd TM-62M minası, 53 ədəd patron, 1 ədəd F-1 və 2 ədəd RQD-5 əl qumbarası aşkar olunub, məhv edilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
  
Təlim məqsədli hərbi ləvazimatların tapıldığı yerin ətrafında 60 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.