“Tək kişini evimə dəvət etmərəm” - Şəbnəmdən Elgizə

tek-kisini-evime-devet-etmerem
Oxunma sayı: 2998

ARB TV-də yayımlanan “Səhər-Səhər” proqramınının növbəti qonağı Əməkdar artist Şəbnəm Tapdıq olub. “Qafqazinfo” xəbər verir ki, müğənni bu dəfə də maraqlı açıqlamaları ilə yadda qalıb. 

Müğənni əla küftə-bozbaş bişirdiyini deyib: “Mən yemək bişirə bilmirəmsə mətbəxə girmirəm. Bişirəndə isə o mütləq gözəl olmalıdır. İransayağı bozbaş bişirirəm. Uşaqlar dadına baxır bəyənir”.

Aparıcı Elgiz Əkbərin müğənniyə “bir gün bişirərsən gələrəm” təklifinə, əməkdar artsit bu cür cavab verib:

“Mən səni tək necə evə çağırım?! O mənim xarakterimə uyğun deyil ki, mən evdə oturum tək və evə bir kişi dəvət edim. Mümkün deyil bu. Ancaq burdakı qızları götür gəl”.