Təkərin içindən 80 telefon çıxdı

tekerin-icinden-80-telefon-cixdi
Oxunma sayı: 1362

Gürcüstandan Azərbaycana qanunsuz yolla mobil telefon gətirilməsinin qarşısı alınıb.

“Qafqazinfo” Gömrük Komitəsinə istinadən xəbər verir ki, Sınıq Körpü" gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin arxa təkərlərinin içərisində Çin istehsalı olan 10 ədəd "Fuua", 30 ədəd "X-inova", 20 ədəd "Kibosun", 10 ədəd "ZHT", 5 ədəd "Sunelen" və 5 ədəd "B110" markalı mobil telefonlar, həmçinin 30 ədəd qidalandırıcı qurğu aşkara çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd