Təl-Əvivdə Azərbaycan dərdi

tel-evivde-azerbaycan-derdi
Oxunma sayı: 641

“Qafqazinfo” İsrailin hökümət üzvləri və deputatlarının qatıldığı anım mərasimində həmçinin İsrail Bələdiyyə Şurasının üzvləri, diplomatik korpusun nümayəndələri,ictimai birliklrin rəhbərləri, yerli və xarici KİV-lər, Təl-Əviv universitetinin tələbələri və İsrailin azərbaycanlı icmasının nümayəndələri iştirak edib.

Mərasim Xocalıda günahsız öldürülən insnaların ruhuna oxunan dua ilə başlanıb. Anım tədbirində çıxış edən İsrailin absorbsiya naziri Sofa Landver iki ölkə arasında münasibətlərin müsbət məqamları və inkişafı haqqında danışaraq iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və dəstəklənməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Milli Məclsinin deputatı Fuad Muradov Xocalı faciəsi haqqında danışaraq “İsaril-Azərbaycan” beynəlxalq Asossiyasına Azərbaycan və Dağlıq Qarabağ haqqında həqiqəti əks etdirən məlumatların təbliği ilə bağlı apardığı işə görə təşəkkür edib.

“İsrail-Azərbaycan” Beynəlxalq Asossiyasının prezidenti Aleks Miller çıxışında qeyd edib ki, dünya Dağlıq Qarabağ münaqişəsi və doğma torpaqlarından didərgin düşmüş bir milyon azərbaycanlılar barədə həqiqəti bilməlidir.

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə soyqırıma həsr olunmuş “Bitməyən dəhliz” filmi nümayiş ediləcək.
Qeyd edək ki, film “Xocalıya Ədalət” kampaniyası çərçivəsində sənədli materiallar əsasında hazırlanıb.