Teleaparıcının bağça problemi

teleaparicinin-bagca-problemi
Oxunma sayı: 642

“Qafqazinfo”ya danışan teleaparıcı deyib ki, o, azyaşlı uşağını qoymağa bağça tapmır: “Xətai rayonunda bağçalar kütləvi sürətdə təmirə bağlanır və 2400-dən çox uşaq hazırda bağçaya gedə bilmir. Təsəvvür edin ki, bu uşaqların əksəriyyətinin valideyni çalışmır. Yəni uşaqlarını etibar edəcək heç kimləri yoxdur. Xətai rayonunda 12 bağça təmirə eyni vaxtda dayandırılıb. Digər bağçalarda “təmirə bağlanacaq” deyə bağçaya uşaq qəbulu dayandırılıb. Xətai rayonunda yerləşən 200, 207, 199, 255 saylı bağçalar isə böyük təəssüf hissi ilə artıq boş yerlərin olmadığını bildirirlər”.
Aparıcı bildirib ki, uşağı bağçadan məhrum qalan 2400 valideyndən biridir.

“Televiziyada işləməyimə baxmayaraq, etiraz səsimi aidiyyatı orqanlara çatdıra bilmirəm. Xətai rayonu İcra Hakimiyyətinin məsul işçiləri müraciətlərimi cavabsız qoyublar. Niyə bağçalar yayda yox, sentyabr ayında təmirə dayandırılmalıdır? 2400-dən çox çarəsiz valideyn nə etməlidir? Oturub evində uşağına baxarsa, maddi tələbatını necə ödəsin?”.
Nigar