Tələbə adı qazana bilməyənlərin nəzərinə

telebe-adi-qazana-bilmeyenlerin-nezerine
Oxunma sayı: 643

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) şənbə günü Trend-ə verilən məlumata görə, ali məktəblərin cari ildə ayrılmış 33918 plan yerinə 31994 abituriyent qəbul olub. Qəbul planı 94% dolub.

Bu il II ixtisas qrupunda qəbul planı 100 faiz yerinə yetirilib. Bu il I ixtisas qrupunda 799, III qrupda 510, IV qrupda 615 plan yeri boş qalıb.

I ixtisas qrupunda 11 244 plan yerinə 10 445 nəfər, II qrupda 9304 plan yerinə 9304 nəfər, III qrupda 9114 plan yerinə 8604 nəfər, IV qrupda 4256 plan yerinə 3641 nəfər abituriyent qəbul olunub.
2012/2013-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olanlar avqustun 23-dən 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Əyani və qiyabi təhsil forması olan ixtisaslara qəbul olmuş abituriyentlər təhsilalma formasını qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçərkən seçəcəklər.