Tələbə qızı maşın vurdu

telebe-qizi-masin-vurdu
Oxunma sayı: 3252

Qazaxda piyadanı avtomobil vurub. 

“Qafqazinfo”nun verdiyi məlumata görə, rayon sakini Sərhad Məmmədov idarə etdiyi “VAZ 21 07” markalı avtomobillə yolu keçmək istəyən 2002-ci il təvəllüdlü Nigar Məmmədovanı vurub. 

Xəsarət alan gənc qız xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, N.Məmmədova rayonda olan kollecdə təhsil alır.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.