Tələbə şəhərciyində yaşayan məcburi köçkünlərin binası hazırdır

telebe-seherciyinde-yasayan-mecburi-kockunlerin-binasi-hazirdir
Oxunma sayı: 637

Bunu SalamNews-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov bildirib.

O deyib ki, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün inşa olunan çoxmənzilli binaların tikintisi başa çatıb. Qəsəbədə 1296 yerlik şagird üçün 4 mərtəbəli məktəb binası inşa olunub. Həmçinin burada tikilən 2 mərtəbəli uşaq bağçasında məcburi köçkün ailələrdən olan 140-dək uşaq təlim-tərbiyə ilə təmin olunacaq. Hazırda bu tərbiyə müəssisəsinin həyətyanı sahəsində uşaqların əyləncə qurğuları quraşdırılır. Yaxın müddətdə köçürülmə prosesi başlayacaq.

E.Qədimov vurğulayıb ki, yeni qəsəbədə klub-kitabxana, tibb məntəqəsi, poçt şöbəsi, yanğın deposu, 2 istilik qazanxanası, 3 elektrik yarımstansiyası və digər sosial təyinatlı obyektlər də inşa olunub. Evlərin bölgüsü püşk yolu ilə aparılacaq. Ümumilikdə bu mənzillərdə 1440 məcburi köçkün ailəsi məskunlaşacaq.