Tələbə yataqxanaları ilə bağlı təklif

Tələbə yataqxanaları ilə bağlı təklif
Oxunma sayı: 988

Azərbaycanda tələbə yataqxanalarının tikilməsi ilə bağlı təklif irəli sürülüb.

"Qafqazinfo" Modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin vitse-spikeri Valeh Ələsgərov bununla bağlı "Tik-idarə et-təhvil ver" (TİT) modelindən istifadəni məqsədəuyğun hesab edərək təklif səsləndirib.

Vitse spiker bildirib ki, bu modellə bağlı 2016-cı ildə Milli Məclis tərəfindən qanun qəbul olunub:

"Dünyanın bir çox ölkələrində bu modeldən səmərəli istifadə olunur, körpülər, tunellər hava limanları tikilir. Milli Məclis bu qanuna əlavə edərək tələbə kampuslarının tikilməsi üçün qanunvericilik bazası yarada bilər".

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi