Tələbə yoldaşını bıçaqladı, şərti cəza aldı

telebe-yoldasini-bicaqladi-serti-ceza-aldi
Oxunma sayı: 637

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tələbə yoldaşını bıçaqlamaqda təqsirləndirilən 1998-ci il təvəllüdlü Orxan Səfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim İradə Həsənzadənin icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə O.Səfərova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə 2016-cı ilin dekabrında Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən 15 saylı Bakı Peşə Liseyində baş verib. 2-ci kurs tələbəsi 18 yaşlı Orxan Səfərov 3-cü kurs tələbəsi 24 yaşlı Mirdamət Zeynalova iki bıçaq zərbəsi vurub. M.Zeynalov xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub. Məlumata görə, hadisədən bir gün öncə M.Zeynalov O.Səfərovun oxuduğu sinifə girirək onlara sakit olmağı tapşırıb, səhəri gün Orxan dərsə gedərkən evdən bıçaq götürüb və buna görə Mirdaməti bıçaqlayıb.

Murad Əhməd