Tələbələr “Azərişıq”ın “Yarımstansiya muzeyində” olublar

telebeler-azerisiqin-yarimstansiya-muzeyinde-olublar
Oxunma sayı: 977

20 oktyabr Energetiklər Günü” ilə bağlı bu gün Azərbaycan Neft və Sənaye Universitetinin energetika fakultəsinin tələbələri Azərişıq ASC-nin Binəqədi rayonunda yerləşən “Yarımstansiya muzeyində” olublar. Tələbələrə bildirilib ki, Bakının enerji tarixi çox qədim və zəngindir.

"Qafqazinfo" xəbər verir ki, düz bir əsr əvvəl, 1914-cü ildə, Binəqədidə ilk elektrik yarımstansiyası tikilərək istifadəyə verilib. Ağır əl əməyi ilə inşa edilən yarımtsansiya binası günümüzədək ayaqda qalıb və əsaslı yenidənqurma işlərindən sonra indi artıq «Yarımstansiya-muzey» kimi tanınır.  Yarımstansiya binasının tikintisi o zamanlar Binəqədi kəndində neft çıxarılması ilə bağlı olub. Belə ki, neft sənayesi Bakının enerji təchizatına da böyük təsir göstərib.

Tələbə və müəllimlər muzey binası və eksponatlarla tanışlıqdan sonra bu tipli tədbirlərin həm tarixi, həm nəzəri, həm də müqayisə baxımından faydalı olduğunu bildiriblər.