Tələbələr brusellyoza qarşı mübarizə tədbirlərinə qoşulub

telebeler-brusellyoza-qarsi-mubarize-tedbirlerine-qosulub
Oxunma sayı: 639

Kənd Təsərrüfatı Nazirliyinin iribuynuzlu heyvanlar arasında brusellyoza qarşı başladığı peyvəndləmə kampaniyasına Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri qoşulub.

"Qafqazinfo" xəbər verir ki, ADAU-nun Baytarlıq Təbabəti və Zoomühəndislik fakültəsinin 16 nəfər tələbəsi Quba, Qusar, Bərdə və Şəmkir rayonlarında peyvəndləmə kampaniyasında iştirak ediblər.

Tələbələrin səfəri Nazirliyin həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində təşkil olunub. Səfər müddətində tələbələr nəzəri biliklərini təcrübədə tətbiq etməyi öyrənməklə yanaşı, peyvəndlənmə zamanı ölkəmizdə səfərdə olan və brusellyoz xəstəliyinə qarşı bu yeni mübarizə proqramının tərtibatçısı, layihənin beynəlxalq məsləhətçisi tanınmış epidemioloq Ronald Ceksonla Qusar rayonunda görüşüb, onun tövsiyələrini dinləmək imkanı qazanıblar.