Tələbələr səfirdən şikayət edib

telebeler-sefirden-sikayet-edib
Oxunma sayı: 661

“Qafqazinfo”ya verilən xəbərdə deyilir ki, Türkiyədə təhsil alan Azərbaycan tələbələri ölkəmizin Türkiyədəki səfirinin onlarla maraqlanmadığından narazıdırlar : “Yeni gələn səfir, gəldiyi gündən tələbələrlə maraqlanmır və hətta maraqlanmaq istəmədiyini açıqlayıb. Dünya Azərbaycanlılarının Həmrəylık günü, Novruz Bayramı və 28 May bayramında qeyd elədikləri tədbirə tələbələri dəvət etmir, bizlərə ögey övlad münasibəti belə göstərilmir. Xocalı soyqırımı günü səfirlik tələbələrdən dəstək alır və hətta səfirliyin eləmədiklərini tələbələr edir. Bundan öncəki səfir, hər bayramda tələbələrimizi bir araya toplayıb qeyd edirdiler, indi isə sadəcə gözdən pərdə asmaq üçün 10 tələbə çağrılır və tələbələri də dəvət etdik donunu geyindirir.Türkiyədəki diasporanın ana xətti sayılan tələbələrimiz qayğıdan və diqqətsizlikden şikayətçidirlər.

Şikayət məktubunda həmçinin, səfirin tələbələr arasında ayrıcılığa yol verdiyini deyirlər: “Tədbirə dəvət edilən bəzi tələbələrimiz birlik nümayiş etdirib səfirliyin proqamına qatılmadılar.Tələbələr isə 28 Mayda hər il olduğu kimi bu ildə M.E.Rəsulzadənin məzarı başında anım törəni düzənlədi”. Tələbələrin fikrinə görə söz konusu sadəcə haralarasa çağrılmaq deyil, sadəcə səfirin münasibətindƏn şikayətçidilər. Belə ki onlara görə səfirlik H.Əliyevin doğum və ölüm günlərinin xaricində tələbələr xatırlanmır. Sadəcə o günlərdə heykəl ziyarətinin xaricində səfirlik demək olar ki heç bir işə imza atmır. Ancaq başqa milli günlərdə yalnız 10 nəfər çağrıraraq tələbələr arasında ayrımcılığa yol açılır.