Tələbələrin Çingiz Abdullayevlə görüşü keçirildi

telebelerin-cingiz-abdullayevle-gorusu-kecirildi
Oxunma sayı: 652

Cinema Plus Gənclik Mall–da keçirilən “Ulduzlu Məzuniyyət” proqramında xalq yazıçısı Çingiz Abdullayev, “Xənnas” filmi yaradıcı kollektivi və Odlar Yurdu Universiteti məzunları bir araya gəlib. 

Universitetdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Odlar Yurdu Universitetinin beynəlxalq əlaqələr və innovasiyalar üzrə prorektoru Ceyhun Osmanlı universitet üçün öz tələbə və məzunlarının hər zaman prioritet təşkil edəcəyini bildirib. 
Tədbir rəsmi və bədii olmaqla iki hissədən ibarət keçirilib. 

Tədbirin rəsmi hissəsində xüsusi qonaq kimi dünyaşöhrətli Azərbaycan xalq yazıçısı, publisist Çingiz Abdullayev çıxış edib. O, Azərbaycanda kitab mütaliəsinin az olduğunu təəssüf hissi ilə qeyd edib və bütün gəncləri kitab oxumağa səsləyib. 

Bədii hissədə Azərbaycanda ilk dəfə qorxu janrında çəkilən “Xənnas” filminin Odlar Yurdu Universitetinin məzunları üçün qapalı nümayişi təqdim olunub. 

Filmin prodüseri və baş rejissoru Elvin Abdulla gənclərin böyük alqışlarına səbəb oldu. Daha sonra filmin qəhrəmanları Pərvin Abiyeva, Hikmət Rəhimov, Zarina Qurbanova, Türkay Cəfərli, Nərgiz Əliyeva, Qorqud Cəfər görüşdə iştirak edib.