Tələbənin yazdığı kitabın təqdimatı keçirildi

telebenin-yazdigi-kitabin-teqdimati-kecirildi
Oxunma sayı: 634

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin IV kurs tələbəsi Aysel Məmmədovanın "İblislə 20 gün" adlı psixoloji dedektiv romanının təqdimatı keçirilib. 

BDU-dan “Qafqazinfo”ya daxil olan xəbərə görə, müəllif tədbirdə kitab haqqında məlumat verib. 

Fakültənin dekan əvəzi, dosent Vüqar Əliyev kitabın universitet mühitində təqdimatının müəllifin gələcək yaradıcılığı üçün böyük stimul olacağını bildirib.

Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru Alxan Bayramoğlu, dosent Mahmud Mahmudov  müəllifin tələbə kimi müsbət keyfiyyətlərindən bəhs edib, gələcək yaradıcılığında uğurlar arzulayıblar.