Telefon aludəçiləri üçün xüsusi yol salındı - Foto

telefon-aludecileri-ucun-xususi-yol-salindi
Oxunma sayı: 1616

Telefon aludəçiləri yolda yeriyərkən belə gözlərini ekrandan çəkmir və ətrafda nə olub-bitdiyindən də xəbərsiz olur.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, belə insanlar üçün Çinin Şian şəhərində xüsusi zolaq salınıb.

Ticarət mərkəzlərinin də yer aldığı və hərəkətin ən aktiv olduğu Yanti küçəsində salınan bu zolaq qırmızı, yaşı və mavi rənglərə boyanıb. Zolağın eni 80 sm, uzunluğu isə 100 metrdir.

Bəzi sakinlər yeni zolaqdan məmun qalsalar da, bəziləri isə telefon aluədçilərinin o zolaqda bir-birilərilə toqquşacaqlarından narahatlıqlarını dilə gətiriblər.