Telefon çəkilişi üçün nə qədər rüsum alınmalıdır? - - açıqlama

telefon-cekilisi-ucun-ne-qeder-rusum-alinmalidir-
Oxunma sayı: 12393


Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin direktor müavini Xankişi Kişiyev məsələyə bir daha aydınlıq gətirib. O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, rabitə xidmətlərinin hamısı Tarif Şurası tərəfindən tənzimlənir: “Bu sosial tərəfi əhatə edir. Elə xidmətlər var ki (məsələn internet, kabel ) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən tənzimlənir.

Ona görə də, Tarif Şurasının əmrini yerinə yetirmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əmr verib. Həmin əmrdə qeyd olunur ki, telefonlaşmış obyektlərə, yaşayış evlərində olan köhnə telefonun yeni mülkiyyətçinin adına sənədləşdirilməsi 20 manatdır. Ailə üzvlərinə isə pulsuzdur”. 

Bəs niyə əvvəllər telefon çəkilişi üçün tələb olunan 60 manat indi 20 manat olub sualına direktor müavini belə cavab verib ki, əvvəl birbaşa telefon çəkilişi 80 manat olub, lakin telefon olan mənzildə yeni mülkiyyətçinin adına keçirilmə 60 manat təşkil edib. İndi isə birbaşa telefon çəkilişi haqqı 30 manata endirilib: “Bu qayda ilə indi də evdə və ya obyektdə olan telefonun yeni mülkiyytəçinin adina keçirilməsi 20 manat edir. Ailə üzvləri üçün isə bu pulsuzdur. Bizim bütün abunə şöbələrində də bu tariflər asılıb. Tarif Şurasının qərarını tətbiq ermək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əmr verib. Nazirliyin əmri siə Tarif Şurasının qərarının qüvvəyə minməsi üçündür. Bu qanunauyğun prosesdir” .