Telefon oğruları tutuldu

telefon-ogrulari-tutuldu
Oxunma sayı: 1714

Binəqədi rayonunda “Fiat” markalı avtomobildən naməlum şəraitdə 1 ədəd  mobil telefon oğurlanıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Məstanov saxlanılıb.

Saxlanılan şəxsin ətraflarında həyata keçirilən əlavə əməliyyat-istintaq tədbirləri nəticəsində onun sentyabr ayı ərzində Binəqədi  rayonu ərazisində daha 3 nəqliyyat vasitəsindən mobil telefon və pul oğurladığı məlum olub. Araşdırma zamanı saxlanılan şəxsin oğurladığı mobil telefonları paytaxtın müxtəlif ərazilərində satdığı məlum olub.

Qeyd edək ki, E.Məstanovun yaşadığı mənzilə baxış zamanı oradan 0,231 qram narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb.

Avtomobillərdən oğurluq edən digər şəxs isə Xətai rayonunda saxlanılıb. Rayon ərazisində 3 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Rövşən Əşrəfov tutulub.