Telefon oğruları tutuldu

telefon-ogrulari-tutuldu
Oxunma sayı: 962

Paytaxtda telefon oğurlamaqda şübhəli bilinən iki nəfər tutulub.

“Qafqazinfo” DİN-nə istinadən xəbər verir ki, ötən gün keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən sentyabrın 25-də və oktyabrın 3-də Bakı şəhər sakinləri olan 2 nəfərin ciblərindən mobil telefon oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini Aslan Kərimov saxlanılıb.

Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən isə oktyabrın 5-də paytaxt sakini olan bir nəfərə məxsus evdən mobil telefon oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini Ağasəməd Zabirli tutulub.