Telefon oğrusu tutuldu

telefon-ogrusu-tutuldu
Oxunma sayı: 836

Metroda telefon oğurlayan şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Bakı şəhər sakini F.Babayeva yanvarın 17-də metronun “Gənclik” stansiyasında cibindən mobil telefonunun oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda cinayət əməlini törədən şəxs müəyyən edilərək saxlanılıb. 

Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Emil Kudaybirqanov olması məlum olub.

Ətrafında aparılan tədbirlərlə onun yanvarın 19-da metronun “28 May” stansiyasında daha bir qadının cibindən mobil telefonunu oğurlaması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.