Telefon oğrusu tutuldu

telefon-ogrusu-tutuldu
Oxunma sayı: 642

Martın 13-ü saat 18:10 radələrində metronun «28 May» stansiyasında Lalə İbrahimovanın mobil telefonunu oğurlayan Sumqayıt şəhər sakinləri - Təvəkkül Cavadov və əvvəllər məkum olunmuş Avaz Şahmuradov Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıblar. Müəyyən edilib ki, onlar həmin tarixdə Aysel Fərəcovanın və Zeynəb Hüseynovanın mobil telefonlarını oğurlayıblar.

Martın 13-ü saat 10:30 radələrində Səlyan şossesi 3-də yerləşən, Dövlət Cəbrayılova məxsus mağazadan oğurluq edən Bakı şəhər sakini Mətləb Heydərov Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən yaxalanıb və ondan 0,214 qram heroin aşkar olunub.

Fevralın 25-nə keçən gecə A.Mustafayev küçəsində yerləşən, Cavid Abbasova məxsus mağazadan pəncərəni sındırma yolu ilə telefon aksesuarları oğurlanıb. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Yadigar Nuriyev martın 14-də yaxalanıb.