Telefon qarət edən şəxs tutuldu

telefon-qaret-eden-sexs-tutuldu
Oxunma sayı: 644

Axtarışda olan şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakinləri Abdulla İsmayılov və Tural Səmədli naməlum şəxsin onları aldadaraq mobil telefonlarını aldığını bildiriblər. 

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və şübhəli qısa zamanda müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun əvvəllər məhkum olunmuş, həmçinin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan paytaxt sakini Ramin Rzayev olması müəyyən edilib.

Baxış zamanı ondan 1,602 qram narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.