“Telegram”ı hökumət bağlamayıb - Ruhani

telegrami-hokumet-baglamayib
Oxunma sayı: 1171

"Telegram" messencer sistemi hökumət tərəfindən bağlanmayıb və bu qərarı dəstəkləmirik".

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani "İnstagram" səhifəsində yazıb: 

“İndiyədək heç bir sosial şəbəkə, messencer hökumətimiz tərəfindən bağlanmayıb və bağlanmayacaq". 

Ruhani qərarın məhkəmə hakimiyyəti tərəfindən verildiyini bildirib. 

Prezidentin bu açıqlaması isə dini lider Ayətullah Mahmud Rəcəbini əsəbiləşdirib. O, "Telegram"ın bağlanması qərarının hüquqi çərçivədə verildiyini və prezidentin qərara qarşı çıxmaq haqqının olmadığını bildirib. 

Nuranə

Xatırladaq ki, aprelin 30-da İran məhkəməsinin qərarı ilə “Telegram”dan istifadə etmək qadağan olunub.