“Telegram”ın yaradıcısı 6 gündür heç nə yemir

telegramin-yaradicisi-6-gundur-hec-ne-yemir
Oxunma sayı: 2370

“VKontakte” sosial şəbəkəsinin və “Telegram” messencerinin yaradıcısı Pavel Durov altı gündür heç nə yemir.

“Qafqazinfo” xəbər verir ki, Durov bu haqda sosial şəbəkədə yazıb. O, bu vəziyyətdə özünü yaxşı hiss etdiyini etiraf edib: onun şüuru daha aydın olub, iş məhsuldarlığı isə bir az da artıb. Durov sözügedən addımı yaradıcısı olduğu messencerin təkminləşdirilməsi üçün atdığını bildirib.

“Bu ay mən daha sərt variant yoxlayıram – ümumiyyətlə qida qəbul etməmək”, - o yazıb.

Durovun sözlərinə görə, o, gün ərzində yalnız su içir.