Telekanal əməkdaşları həbs olundu

telekanal-emekdaslari-hebs-olundu
Oxunma sayı: 636

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, telekanl rəhbərliyi polis bölməsində saxlanılan çəkiliş qrupunun rəhbəri Conatan Millerlə əlaqə saxlamaq istəyib.

Jurnalistlərə birlikdə iki Bəheryn vətəndaşı həbs olunub. Bunlar qrupun sürücüsü və yerli hüquq müdafiəçisidir. Millerin sözlərinə görə, bəhreynliləri xaricilərdən ayırıb, başqa yerə aparıblar. Sürücünün döyüldüyü bildirilir.

Son məlumatalara görə, çəkiliş qrupunu ölkədən çıxarmaq üçün polis bölməsindən aeroporta aparıblar. Miller xəbəri tvitterdə paylaşıb. Jurnalist yaydığı xəbərdə bildirib ki, polis əməkdaşları onlardan aldığı kameranı və notebooku qaytarmayıb.

Qeyd edək ki, “Channel 4 News”un əməkdaşları Bəhreynə “Formula-1” yarışlarını işıqlandırmaq üçün gəlib. Jurnalistlər ölkədə akkreditasiya olunmadan işləyiblər. Bəhreyn hakimiyyət orqanları xarici KİV-lərə viza verməkdən imtina edib.