Telekanallarda Azərbaycan dilinə nəzarət ediləcək

telekanallarda-azerbaycan-diline-nezaret-edilecek
Oxunma sayı: 649

Trend-in məlumatına görə, bu məsələ ölkə Prezidentinin sərəncamı ilə yeni təsdiqlənmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulub.
Televiziya və radio verilişlərində, yazılı və elektron mət­buatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldil­mə­si də təmin ediləcək.

Bu işlər mütəmadi olaraq, Azərbaycan Milli Elmlər Akademiyası, Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası, Təhsil Nazirliyi tərəfindən aparılacaq.

Bununla yanaşı, kütləvi informasiya vasitələrində dövlət dilinin təbliği də gücləndiriləcək.