Telekanallardan Nazpərinin efir qadağasına - Münasibət

telekanallardan-nazperinin-efir-qadagasina-munasibet
Oxunma sayı: 641

Modern.az məsələ ilə bağlı həmin telekanallardan münasibət öyrənməyə çalışıb.

“Space” kanalının icraçı direktoru Kamil Şahvderdiyev yayılan məlumatların çəfəngiyat olduğunu bildirib. “Bunlar hamısı boş sözdür və heç bir qadağa yoxdur”.

“Lider” televiziyasından da eyni cavab verilib. Kanaldan bildiriblər ki, hələlik Nazpəri Dostəliyeva haqqında qadağanın olduğu bilinmir. “Bu haqda heç bir məlumat yoxdur. Nazpəri xanımın özü də bu yaxın vaxtlarda bizə gəlmir. Əgər o dəvət olunmursa, demək qadağa var”.

AzTV QSC-dən isə məsələ ilə bağlı heç bir şərh vermədilər.

Nazpəri Dostəliyevaya efir qadağasının tətbiq olunması isə onun xalq artisti İlhamə Quliyeva ilə konfliktə girməsi və bu günlərdə Müsavat Partiyasının sədri İsa Qəmbərin oğlunun toyunda iştirak etməsi göstərilir.
Yeri gəlmişkən, bu gün İlhamə Quliyeva Nazpəri Dostəliyeva tərəfindən ictimai şəkildə şərəf və ləyaqətinin alçaldılmasını və işgüzar nüfuzuna xələl gətirməsini əsas gətirərək qaldırdığı iddia üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə yenidən müraciət edib.
İ. Quliyevanın vəkili Şəfiqə Nağıyeva APA-ya açıqlamasında müştərisinin imzaladığı ərizənin məhkəməyə bu gün təqdim olunduğunu açıqlayıb : “Bir neçə gün öncə mətbuatda ərizə ilə bağlı yanlış məlumat gedib. Mən onlara ərizənin İlhamə xanım tərəfindən imzalandığını söylədiyim halda onlar ərizənin məhkəməyə təqdim olunduğu haqda məlumat yayıblar. Ərizə məhkəməyə bu gün təqdim olunub”.

Qeyd edək ki, İ. Quliyevanın Daxili İşlər Nazirliyinə ünvanladığı, daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində göndərdiyi şikayət ərizəsi Yasamal Rayon Məhkəməsində tutarlı yazılmaması əsas gətirilərək qəbul edilməmişdi.