Təlim zamanı binadan itələnən qız faciəvi şəkildə öldü - Video

telim-zamani-binadan-itelenen-qiz-facievi-sekilde-oldu
Oxunma sayı: 9759

Hindistanda təhlükəsizlik təlimi zamanı bədbəxt hadisə baş verib.

"Qafqazinfo"nun xarici mediaya istinadən məlumatına görə, Tamil Nedu əyalətində Milli Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin keçirdiyi təlim əsnasında binadan tullanmaqda tərəddüd edən 19 yaşlı tələbə qız məşqçisi tərəfindən gözlənilmədən aşağı itələnib.

Nəticədə başını birinci mərtəbənin fasadına çırpan qız ağır yaralı halda xəstəxanaya çatdırılıb. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb. Tələbəni itələyən məşqçi həbs edilib, məsələ ilə bağlı istintaq başlayıb.