Telman İsmayılov agentliyə qarşı məhkəməni uduzdu

telman-ismayilov-agentliye-qarsi-mehkemeni-uduzdu
Oxunma sayı: 1986

“Çerkizov” bazarının keçmiş sahibi Telman İsmayılov “Rosbalt” informasiya agentliyi əleyhinə qaldırdığı məhkəmə prosesini uduzub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, işə Sankt-Peterburqun Smolensk məhkəməsində baxılıb. Hakim Aleksandra Zaplatina İsmayılovun şərəf və ləyaqətin pozulması, işgüzar imicin zədələnməsi ittihamlarını və haqqında yazılmış məlumatların saytdan silinməsi tələbini rədd edib. Azərbaycanlı iş adamı “Rosbalt”dan mənəvi ziyana görə 1 milyon rubl təzminat da tələb etmişdi. 

Xatırladaq ki, İsmayılovu iki nəfərin qətlində, silah saxlanılması və müğənni Avraam Russonun oğurlanmasında ittiham edən yazılar “Rosbalt” saytında yayımlanmışdı.