Telman İsmayılov həbs xəbərindən danışdı

telman-ismayilov-hebs-xeberinden-danisdi
Oxunma sayı: 3655


Virtualaz.org-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, T.İsmayılov bəyan edib ki, həmin adamı tanıyır. Ancaq həmin şəxs  heç vaxt onun şirkətində işləməyib. İş adamı bu açıqlamanı Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti “AzerRos”un informasiya agentliyinə verib.

Agentliyin müxbiri Rusiya KİV-lərində bu gün - avqustun 30-da yayılmış məlumatla bağlı T.İsmayılovla əlaqə saxlayıb. Həmin informasiyada deyilirdi ki, “AST Group” şirkətinin direktoru və səhmdarlarından biri olan Januko Rafailov 700-dən çox Vyetnam vətəndaşının Moskvada icarəyə götürdüyü anbar komplekslərində zorla saxladaraq onları qul kimi işlədilməsini təşkil edib. Əvəzində vyetnamlılara ancaq yemək verilib və başqa zəruri ehtiyacları ödənilib.

T.İsmayılov isə “AzerRos”a bildirib ki, o, həmin adamla tanışdır.

“Lakin Januko Rafailov heç vaxt AST qrupunda işləməyib və mənim şirkətimə heç bir aidiyyəti yoxdur. Bu, iş adamı kimi məni nüfuzdan salmağa yönəlmiş növbəti təxribatdır” - deyə T.İsmayılov bildirib.