Telman İsmayılovun obyektini sökdülər

telman-ismayilovun-obyektini-sokduler
Oxunma sayı: 1779

Qeyd edək ki, Moskva şəhərinin Şərq prefektruasında yerləşən bu ticarət mərkəzi çox funksiyalı idi. Yəni, orada həm əşya, həm də meyvə-tərəvəz bazarı fəaliyyət göstərirdi. Mənbənin dediyinə görə, ticarət mərkəzinin sökülməsi haqda qərar qəfil verilib və bu çoxları üçün gözlənilməz olub:

“Bu gün səhər tezdən ora gələn icraçılar mərkəzin David adlı baş inzibatçısına yır-yığış etməyi əmr ediblər. Onlar Moskva meriyasının bu ticarət mərkəzin bağlanması haqda qərarının olduğunu bildirərək hamını ərazidən uzaqlaşdırılıblar. Meriyadan gələnlər onu da bildiriblər ki, Ticarət Mərkəzinin yerində Gənclər Parkı salınacaq”.

İddialara görə, Ticarət Mərkəzinin qəfil bağlanması Telman İsmayılovun özü üçün də gözlənilməz olub./AzNews.az/