Telman İsmayılovun oteli icarəyə verildi

telman-ismayilovun-oteli-icareye-verildi
Oxunma sayı: 2296

Müflis olan iş adamı Telman İsmayılovun əlindən alınan “Mardan Palace” otelinin yeni sahibi bəlli olub. 

“Qafqazinfo” xəbər verir ki, bundan sonra oteli “Titanik Hotels” şəbəkəsi icarə əsasında idarə edəcək. 

Bu barədə otelin İdarə Heyətini sədri Mehmet Aygün məlumat verib. O qeyd edib ki, uzun müddətdir “Halk Bank” la davam edən danışıqlar öz müsbət nəticəsini tapıb. 

Qeyd edək ki, otel yeni turizm mövsümündə fəaliyyətə başlayacaq.