Telman İsmayılovun stadionunu alan olmadı

Telman İsmayılovun stadionunu alan olmadı
Oxunma sayı: 1813

Azərbaycanlı iş adamı, Telman İsmayılovun satışa çıxardığı stadiona alıcı tapılmayıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki,  “Mardan Palace” otelin stadionu, personal üçün nəzərdə tutulan yaşayış sahəsi ilə birgə auksiona çıxarılıb. 101 milyon TL (təxminən 46 milyon AZN) qiymət qoyulan stadionun auksionunda komissiya üzvləri 5 dəqiqə gözləyiblər və alıcı olmadığı üçün tenderi bir həftə sonra eyni vaxta təxirə salıblar.

Qeyd edək ki, sözügedən stadion 74 min, otel işçiləri üçün nəzərdə tutulan yaşayış yeri isə 28 min 394 kavdrat metr ərazini əhatə edir. 

Aysel Kərimova



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi