Təmirdə olan məscidlər nə vaxt açılacaq?

temirde-olan-mescidler-ne-vaxt-acilacaq
Oxunma sayı: 2052

Bu barədə jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Orxan Əli məlumat verib.

Onun bildirdiyinə görə, ölkədə 12 kilsə və altı sinaqoq da fəaliyyət göstərir. Mətbuat xidmətinin rəhbəri, həmçinin Bakıda fəaliyyət göstərməyən məscidlər barədə də məlumat verib.

“Fatimeyi-Zəhra” məscidi Qafqaz Müsəlmanları İdarəsinin balansına verilib.

“Əgər məscidin dini icması Komitəyə qeydiyyatla bağlı müraciət edərsə, bu məsələyə baxılacaq.

Lakin hələlik komitəyə belə bir müraciət daxil olmayıb. Bakıda Şəhidlər xiyabanındakı “Türk məscidi”nə gəldikdə isə, orada təmir işləri gedir və bununla əlaqədar məscid fəaliyyət göstərmir. Təmir bitəndən sonra “Türk məscidi” istifadəyə veriləcək” – deyə, o vurğulayıb.

Orxan Əli “Əbu Bəkr” məscidinin nə vaxt açılacağının məlum olmadığını deyib.

Onun bildirdiyinə görə, həmin məsciddə baş verən məlum hadisələrdən sonra istintaq müddətində məscidin fəaliyyəti dayandırılıb. Əbu-Bəkr məscidinin nə vaxt fəaliyyətə başlayacağı ilə bağlı qərarı Daxili İşlər Nazirliyi və ya məhkəmə verə bilər./din.az/