Temperaturlar tədricən yüksələcək

temperaturlar-tedricen-yukselecek
Oxunma sayı: 645

Mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 15-19 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, sabah əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-18 dərəcə, gündüz 26-31 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Yaxın 3 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.

Nigar Məmmədli