Tempratur qalxır

tempratur-qalxir
Oxunma sayı: 654


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-19, gündüz 24-28 dərəcə təşkil edəcək.

Azərbaycan rayonlarında iyunun 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti təşkil edəcək.