Tenderin qalibi məlum oldu

tenderin-qalibi-melum-oldu
Oxunma sayı: 645

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya bildirilib ki, tenderin nəticələrinə görə, daha sərfəli şərtlər təklif edən Azərbaycan və Almaniya birgə müəssisəsi “T.T.Ş. Inşaat MMC & Ludwig Pfeiffer Hoch-und Tiefbau GmbH & Co.KG ” qalib elan edilib və həmin şirkətlə satınalma müqaviləsi imzalanıb.

Layihəyə əsasən, Beyləqan şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün hər birinin dərinliyi 150 metr olan 5 ədəd subartezian quyusu qazılacaq, elektrik xətləri çəkilməklə transformatorlar quraşdırılacaq. Bununla yanaşı layihə çərçivəsində 71 000 m uzunluğunda su paylayıcı şəbəkənin çəkilməsi, 3 400 abunəçinin su sayğacı ilə təmin edilməsi, tutumu 500 kubmetr olan 2 ədəd su anbarının tikintisi nəzərdə tutulur. Kanalizasiya şəbəkələrinin bərpası çərçivəsində 2750 ünvana xidmət edəcək 79 000 m uzunluğunda çirkab su şəbəkəsi çəkiləcək.

Nigar Məmmədli