Tennisçilərimiz Çexiyada iki gümüş medal qazandılar

tenniscilerimiz-cexiyada-iki-gumus-medal-qazandilar
Oxunma sayı: 760

Çexiyanın Ostrava şəhərində stolüstü tennis üzrə gənclər arasında keçirilən Avropa çempionatı başa çatıb.

Azerbaycan Stolüstü Tennis Federasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, 07-17 iyul tarixlərində Avropa çempionatında iştirak edən tennisçilərimiz iki gümüş medalla vətənə qayıdıblar.

Azarkeşlər idmançılarımızı hava limanında qarşılayıblar.