Tənqid olunan aparıcıdan - Cavab

tenqid-olunan-aparicidan
Oxunma sayı: 3903

Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurası (MTRŞ) radiolarla bağlı monitorinq aparıb.  Səhər yayımlanan ən reytinqli proqramlardan biri olan “Manpası” şousu da tənqid olunub. 

“Qafqazinfo” məsələ ilə bağlı verilişin aparıcılarından biri DJ Fatehin mövqeyini öyrənib. O, hər bir iradı nəzərə aldıqlarını bildirib:

“MTRŞ-nin keçirdiyi monitorinqin nəticələri ilə bağlı yekdil fikrimiz var. Gördük, oxuduq və mütləq nəzərə alacağıq. Başqa cür ola bilməz. 

Həqiqət payı olan hər bir tənqidi nəzərə alırıq. Biz birinci gün deyil ki, radioda aparıcılıq edirik. 19 ildir ki, efirdə çalışıram və hər cür iradla qarşılaşmışıq. Hər dəfə də bundan nəticə çıxarmışıq, bu il də istisna olmayacaq”.