Təqaüd alan tələbələrə şad xəbər

teqaud-alan-telebelere-sad-xeber
Oxunma sayı: 664

Təhsil Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, gələn il yanvarın 1-dən dövlət sifarişi ilə təhsil alan tələbələrin dövlət büdcəsindən ayrılmış təhsil xərclərinin tərkibində onların təqaüdləri nəzərə alınmayacaq. Belə tələbələr üçün təqaüd xərcləri ayrıca xətlə maliyyələşdiriləcək.

"Əgər əvvəl dövlət bir tələbə üçün 1800 manat vəsait ayırırdısa, onun tərkibində tələbənin təqaüdü də var idi. Yəni o vəsaitdən ali məktəb həm tələbənin təqaüdünü, həm də digər xərclərini ödəyirdi. Ancaq indi dövlət təqaüd xərclərini ayrıca xətlə verəcək. Bu da tələbələrin təqaüdlərinin gecikdirilməsi hallarını aradan qaldıracaq, həmin vəsaitlərin tələbələrə vaxtlı-vaxtında verilməsinə kömək edəcək", - nazirlikdən deyilib.