Təqaüdə çıxan it - Fotolar

teqaude-cixan-it
Oxunma sayı: 1890

2017-ci ildə Meksikada baş verən zəlzələ zamanı xilasetmə əməliyyatına cəlb edilərkən məşhurlaşan Frida adlı it təqaüdə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, o, 9 il xilasedici kimi fəaliyyət göstərib.

Maraqlıdır ki, Meksika donanması xilasedici iti yola salmaq üçün mərasim təşkil edilib.

Qeyd edək ki, “Golden Labrador” cinsindən olan Frida 9 il ərzində 53 əməliyyatda iştirak edib. O, əməliyyatlar zamanı 12 nəfərin həyatını xilas edib, 40-nın isə cəsədini tapıb.