Təqaüdünü xəstə azərbaycanlıya verən rus qadın - Video

teqaudunu-xeste-azerbaycanliya-veren-rus-qadin-video
Oxunma sayı: 635

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, hər ay altığı təqaüdün böyük bir hissəsini azərbaycanlı ailəyə verən 75 yaşlı Valentina Dmitrievna digər imkanlı şəxsləri də 8 yaşlı Naza Əliyevaya yardım etməyə səsləyib. Mərkəzi sinir sisteminin ağır patalogiyasından əziyyət çəkən Naza yeriməyə əziyyət çəkir və hələ də danışa bilmir: “Mən bütün qəlbimlə Nazaya kömək etmək istəyirəm. Mən görəndə ki o əziyyət çəkir, mənim ürəyim ağrıyır. Onlar pulları çatmır, mən də yardım etməyə çalışıram.

Ayda 12 min alıram və 10 minini Nazaya verirəm. Bütün pullar özəl klinikalarda dərmanlara, analizlərə gedir. Mənim təxminən 100 min pulum vardı, biz onu Nazanın loqopedinə xərclədik”.

Qeyd edilir ki, Səhiyyə Nazirliyi də Omskdan olan ailəyə yardım etməkdən imtina edir. Eldar və Kəmalə Əliyevalar Azərbaycandan gedən miqrantlardır və 10 ildir Rusiyada yaşamaqlarına baxmayaraq hələ də vətəndaşlıq ala bilməyiblər.