Təranə Qumral da Facebookda hesab açdı

terane-qumral-da-facebookda-hesab-acdi
Oxunma sayı: 652

Milli.Az xəbər verir ki, əməkdaşımızla söhbətində bu addımından məmnunluğunu dilə gətirən müğənni virtual dünyaya marağının artmasına belə şərh verib: "Düşünürəm ki, Facebook-da qeydiyyatdan keçmək üçün gecikmişəm.

Əslində, internetdən sərbəst istifadə etməyi çoxdan öyrənmişdim. Sadəcə, yaşadığım məlum səbəblər üzündən tam sosiallaşa bilmirdim.

Artıq bu istəyimi reallaşdırdım. Gerçək dostlarımla virtual dünyada da ünsiyyətimizi davam etdirəcəyik. Bu sosial şəbəkə özlüyündə bir dünyadır. Gün ərzində boş vaxtımı daha maraqlı keçirirəm.

Onu da deyim ki, profilimə özüm nəzarət etdiyim üçün pərəstişkarlarımın da dostluq təkliflərinə biganə qalmıram".