Tereza Mey Davosa getməyəcək

tereza-mey-davosa-getmeyecek
Oxunma sayı: 968

Böyük Britaniyanın baş naziri Tereza Mey Davos Ümumdünya İqtisadi Forumuna qatılmayacaq.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, baş nazir bu qərarı “Brexit” sazişi ətrafındakı qalmaqala görə qəbul edib. 

Xatırladaq ki, Davos forumu 22-25 yanvarda keçiriləcək. ABŞ, Fransa, Cənubi Koreya prezidentləri də foruma qatılmayacaqlarını bəyan ediblər.