Tereza Mey səsvermədən qalib ayrıldı

tereza-mey-sesvermeden-qalib-ayrildi
Oxunma sayı: 1949

Böyük Britaniyanın Baş naziri Tereza Mey etimadsızlıq səsverməsinin qalibi olub.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, dünən axşam İcmalar Palatasında (Aşağı palata) keçirilən səsvermədə 325 deputat Tereza Meyə etimad göstərib.

306 deputat isə onun əleyhinə səs verib.

Qeyd edək ki, “Brexit” razılaşmasının 202 səsə qarşı 432 səslə rədd edilməsindən sonra İşçi Partiyası hökumətə etimadsızlıq səsverməsi təklif etmişdi.

Meyin “Brexit” məsələsi ilə bağlı “B” planını 21 dekabrda parlamentə təklif etməsi gözlənilir.