Tereza Meydən İsrailə tələb - “Qətliamı dayandırın”

tereza-meyden-israile-teleb
Oxunma sayı: 2106

Britaniya Krallığında səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kraliça II Yelizavetadan sonra baş nazir Tereza Meylə görüşüb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüşdən sonra baş tutan mətbuat konfransında T.Mey İsrailin Qəzzada törətdiyi qətliamlardan danışıb.

O, İsrailin hücumları dayandırmasını şiddətlə tələb edib. Həmçinin, hadisələrlə bağlı müstəqil və şəffaf araşdırma aparılmasının vacibliyini vurğulayıb.

Baş nazir bölgənin təhlükəsizliyi məsələlərində Türkiyənin önəmli rolunun olduğunu da sözlərinə əlavə edib.

Qeyd edək ki, dünən Qəzzada baş verən kütləvi qətliamda 61 nəfər ölüb, 2700-dən çox fələstinli isə yaralanıb. İsrailin terroru ilə əlaqədar Fələstin və Türkiyədə 3 günlük matəm elan edilib.