Tereza Meyin qərarı qətidir - “Ölkə Aİ-dən çıxacaq”

tereza-meyin-qerari-qetidir
Oxunma sayı: 1261

Böyük Britaniyanın baş naziri Tereza Mey parlamentin qərarına baxayaraq, ölkənin martın 29-da Avropa İttifaqından çıxacağını elan edib.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, 50 maddə üzrə (Aİ-yə üzv dövlətlərin qurumdan çıxmasını nəzərdə tutan) danışıqların uzadılması məsələsi “üzvlükdən çıxışın alternativ planı” olduğu halda parlament müzakirəsinə yenidən çıxarıla bilər:

“Hökumətin siyasəti ondan ibarətdir ki, biz Avropa İttifaqını martın 29-da tərk edəcəyik. Aİ sazişə icazə verən planın mövcudluğuna əmin olarsa, danışıqları 50 maddə üzrə uzada bilər”.

Xatırladaq ki, Britaniya parlamenti “Brexit” sazişinin əleyhinə səs verib.