Tereza Meylə bağlı qərar verildi - Səsvermə bitdi

tereza-meyle-bagli-qerar-verildi
Oxunma sayı: 2482

Hakim Mühafizəkarlar partiyasının keçirdiyi etimad səsverməsi nəticəsində Tereza Mey Böyük Britaniyanın baş naziri olaraq qalıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, mühafizəkar deputatların gizli səsverməsi zamanı 200 nəfər Meyin lehinə, 117 nəfər isə əleyhinə çıxış edib.

Tereza Meyin partiyanın rəhbəri vəzifəsində qalması üçün deputatlardan yarısının səsini yığması lazım idi.