Tereza Meylə Yunker arasında gərgin anlar - Video

tereza-meyle-yunker-arasinda-gergin-anlar
Oxunma sayı: 2306

İngiltərə baş naziri Terza Meylə Avropa İttifaqı Komissiyasının sədri Jan-Klod Yunker arasında gərgin anlar yaşanıb.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, “Liderlər Zirvəsi”ndə panel başlamadan öncə ikili arasında söhbət zamanı gərgin üz ifadələri kameralara tuş gəlib.

Məlumata görə, Yunkerin Mey haqqında “Nubelous” (Zehni bulanıq) ifadəsini işlətməsi onu özündən çıxarıb.

Komissiya sədri məsələ ilə bağlı daha sonra verdiyi açıqlamada həmin ifadəni Mey haqqında işlətmədiyini, həmin sözlə “Brexit” müqaviləsinə münasibətinə görə İngiltərə ictimaiyyətinə mesaj vermək istədiyini bildirib.

Yunker ana dilinin ingilis dili olmadığına görə ifadəni düzgün formada işlətmədiyini də sözlərinə əlavə edib.