Terimdən şok qərar - İstefa verdi

terimden-sok-qerar
Oxunma sayı: 648

Türkiyə millisinin baş məşqçisi Fatih Terim istefa verib.

"Qafqazinfo" "Milliyet"ə istinadən xəbər verir ki,  məlumatı TFF prezidenti Yıldırım Dəmirörən də təsdiqləyib. 

Y. Dəmirörən Terimin qarşılıqlı anlaşma əsasında bu qərarı verdiyini deyib. TFF-nin rəsmi saytında yayımlanan açıqlamada isə “Bir müddətdir ki, mediada və ictimaiyyətdə futboldan kənar mövzular gündəm halına gətirilərək Fatih Terim və TFF rəhbərliyini zəiflətməyə yönəlib. Bir araya gələn tərəflər yolları ayırmağın hər iki tərəf üçün daha faydalı olacağı qənaətinə gəlib. İstər Türkiyədə , istər dünyada uğurları ilə özünü sübut etmiş, türk futboluna böyük töfhələr vermiş olan əziz müəllimimizə təşəkkür edir, bundan sonrakı həyatında uğur və xoşbəxtlik arzulayırıq”,- sözləri yer alıb.